Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə karantin rejimi ilə bağlı reydlər davam etdirilir.

18 avqust 2020 | 16:00

18 avqust 2020-ci il tarixində  rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tələblərinə əməl olunmasının yoxlanılması üçün reydlər davam etdirilmişdir. Mobil qruplar ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmiş və lazımi tədbirlər görmək üçün reydlər aparmışlar. Reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha diqqətə çatdırılmışdır. Gün ərzində 39 ticarət obyektinə və 54 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Karantin qaydalarını pozduğu üçün 2 nəfər Bılıx kənd sakini hər biri 100 manat, 2 nəfər ticarət  obyektinin və 1 nəfər avtotəmir emalatxanasının işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat, məbləğində cərimə olunmuşlar. Bu istiqamətdə müntəzəm olaraq maarifləndirmə tədbirləri davam etdirilir.

Keçidlər