Rayon ərazisində karantin rejiminə nəzarət işləri davam etdirilir.
19 avqust 2020-ci il tarixində rayon ərazisində fəaliyyət göstərən mobil qruplar tərəfindən xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə bir neçə ticarət və digər vətəndaşların daha çox müraciət etdiyi obyektlərdə reydlər davam etdirilmişdir. Aparılmış reydlər zamanı sosial məsafənin saxlanılmasının, tibbi maskadan istifadənin və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində ümumilikdə 38 ticarət və 51 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 1 nəfər Bəyli kənd sakini, 2 nəfər ticarət obyektinin və 1 nəfər yanacaqdoldurma məntəqəsinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat, məbləğində cərimə olunmuşlar. Vətəndaşların marifləndirməsi və karantin qaydalarına əməl olunmasına nəzarət məqsədilə reydlər davam etdirilir.