Rayonda koronavirus infeksiyasına qarşı reydlər davam etdirilir.
20 avqust 2020-ci il tarixində ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində Qəbələ rayonunda reydlər davam etdirilmişdir. Rayonda fəaliyyət göstərən mobil qruplar tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyəti öyrənilmiş və lazımi tədbirlər görülmüşdür. Reydlər zamanı maarifləndirici söhbətlər aparılmış, tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması və sanitar qaydalara əməl olunması bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində 36 ticarət obyektinə və 54 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. Karantin qaydalarını təkrar pozduğu üçün 1 nəfər içtimai iaşə obyektinin işçisi 200 manat, 1 nəfər avtotəmir emalatxanasının işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat, məbləğində cərimə olunmuşlar. Rayonda maarifləndirmə işləri və gündəlik olaraq reydlər davam etdirilir.