Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilir.

22 avqust 2020 | 07:00

21 avqust 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilmişdir. Rayonda fəaliyyət göstərən mobil qruplar əhalinin sıx olduğu məkanlarda, ticarət və ictimai-iaşə obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmiş, maarifləndirmə işi aparmış və Operativ Qərargahın qərarlarına uyğun digər tədbirlər həyata keçirmişlər. Reydlər zamanı tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində ümumilikdə 31 ticarət obyektinə və 57 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Karantin qaydalarını təkrar pozduğu üçün 1 nəfər Nic qəsəbə sakini 200 manat,  4 nəfər ticarət, 1 nəfər  ictimai iaşə  obyektinin və 1 nəfər çörək sexinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat, məbləğində cərimə olunmuşlar. Bu istiqamətdə maarifləndirmə tədbirləri müntəzəm olaraq davam etdirilir.

Keçidlər