Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir.

25 avqust 2020 | 10:00

 24 avqust 2020-ci il tarixində Qəbələ rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qruplar rayonun ictimai iaşə, ticarət və digər obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparmışlar. Reydlər zamanı vətəndaşlara koronavirusa yoluxma riskinin azaldılması üçün tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha izah olunmuşdur. Gün ərzində 34 ticarət obyektinə və 59 digər obyektə baxış keçirilmişdir. Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq karantin qaydalarına ciddi riayət olunmasını təmin etmək məqsədilə rayon ərazisində reydlər davam etdirilir.

Keçidlər