Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə koronavirus pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

25 avqust 2020 | 16:00

25 avqust 2020-ci il tarixində Qəbələ rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qruplar rayonun ictimai iaşə, ticarət və digər obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparmışlar. Reydlər zamanı vətəndaşlara koronavirusa yoluxma riskinin azaldılması üçün tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha izah olunmuşdur. Gün ərzində 36 ticarət obyektinə və 61 digər obyektə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin infeksiyanın yayılmasına səbəb olduğu üçün keçirilməməsi ilə bağlı xəbərdarlıq olunmuşdur. Karantin qaydalarını pozduğu üçün 2 nəfər Bakı şəhər, 1 nəfər Gəncə şəhər və 1 nfər Laçın rayon sakinləri hər biri 200 manat, 2 nəfər Bakı şəhər, 2 nəfər Qəbələ rayon Yenikənd kənd sakinləri,  1 nəfər ticarət və 2 nəfər ictimai iaşə obyektinin işçiləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat, məbləğində cərimə olunmuşlar. Rayon ərazisində koronavirus pandemiyası ilə mübarizə məqsədilə zəruri tədbirlər davam etdirilir.

Keçidlər