Xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində reydlər davam etdirilir.
27 avqust 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq və karantin qaydalarına riayət olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilmişdir. Mobil qruplar tərəfindən aparılan reydlər zamanı xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyəti öyrənilmiş və karantin qaydalarına tam əməl edilməsi üçün lazımi tədbirlər görülmüşdür. Vətəndaşlara bir daha tibbi maskadan istifadənin və sosial məsafə saxlanılmasının, Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi izah edilmişdir. Gün ərzində ümumilikdə 28 ticarət və 57 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1 nəfər Bayramkoxalılı kənd sakininə on sutka həbs verilməsi üçün məhkəməyə müraciət olunmuş, 2 nəfər tibb sağlamlıq mərkəzinin masaj salonunun işçisinin biri 400 manat, digər işçisi isə 200 manat məbləğində cərimə olunmuşlar. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir.