Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində karantin rejimi ilə bağlı reydlər davam etdirilir.

29 avqust 2020 | 11:00

28 avqust 2020-ci il tarixində Qəbələ rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrupların üzvləri tərəfindən izahetmə və xəbərdarlıq işləri davam etdirilmişdir. Mobil qruplar ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparmışlar. Reydlər zamanı vətəndaşlara koronavirusa yoluxma riskinin azaldılması üçün sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi bir daha izah olunmuşdur. Gün ərzində 38 ticarət obyektinə və 57 digər obyektə baxış keçirilmişdir. Rayon ərazisində karantin qaydalarına ciddi riayət olunmasını təmin etmək məqsədilə reydlər davam etdirilir.

Keçidlər