Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə mobil qruplar tərəfindən reydlər davam etdirilir

30 avqust 2020 | 16:00

30 avqust 2020-ci il tarixində mobil qruplar tərəfindən xüsusi karantin rejimi ilə bağlı rayon ərazisində fəaliyyət göstərən  ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətinin öyrənilməsi, sakinlərin maarifləndirməsi və karantin qaydalarının pozulmasına nəzarət  məqsədilə tədbirlər davam etdirilmişdir. Aparılmış reydlər zamanı vətəndaşlar arasında maarifləndirici söhbətlər aparılmış, onlara pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr, o cümlədən tibbi maskadan istifadənin, sosial məsafə saxlanılmasının və Operativ Qərargah tərəfindən müəyyən edilən digər tələblərə əməl olunmasının vacibliyi bir daha izah olunmuşdur. Gün ərzində 31 ticarət, və 55 digər vətəndaşlar tərəfindən daha çox müraciət olunan obyektlərə baxış keçirilmişdir. Mobil qruplar tərəfindən əhali arasında maarifləndirmə işləri və gündəlik olaraq reydlər davam etdirilir.

Keçidlər