Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə koronavirus pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

31 avqust 2020 | 16:00

31 avqust 2020-ci il tarixində rayonda yaradılmış mobil qruplar tərəfindən reydlər davam etdirilmişdir. Onlar ictimai-iaşə, ticarət və digər obyektlərdə çalışan şəxslərlə maarifləndirici söhbətlər aparmışlar. Reydlər zamanı  xəstəliyin yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi və gigiyenik qaydalara düzgün riayət olunması  bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində 33 ticarət obyektinə və 57 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 1 nəfər ictimai iaşə  obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 200 manat, məbləğində cərimə olunmuşdur. Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq rayon ərazisində reydlər mütəmadi davam etdirilir.

Keçidlər