Qəbələ rayonu ərazisində koronavirus infeksiyasına yayılmasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.
01 sentyabr 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilmişdir. Rayonda fəaliyyət göstərən mobil qruplar əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə, ticarət obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmiş, maarifləndirmə işi aparmış və Operativ Qərargahın qərarlarına uyğun digər tədbirlər həyata keçirmişlər. Reydlər zamanı tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində ümumilikdə 40 ticarət obyektinə və 55 digər obyektə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində reydlər davam etdirilir.