Qəbələdə xüsusi karantin rejimi ilə bağlı gündəlik olaraq reydlər davam etdirilir.
03 sentyabr 2020-ci il tarixində rayon ərazisində fəaliyyət göstərən mobil qruplar tərəfindən xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə bir neçə ticarət və digər vətəndaşların daha çox müraciət etdiyi obyektlərdə reydlər davam etdirilmişdir. Aparılmış reydlər zamanı, sosial məsafənin saxlanılmasının, tibbi maskadan istifadənin və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində ümumilikdə 44 ticarət və 54 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 3 nəfər ictimai iaşə obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mobil qruplar tərəfindən əhali arasında maarifləndirmə işləri və gündəlik olaraq reydlər davam etdirilir.