Qəbələ Rayon İcra Hakimiyyətində vətəndaşların onlayn qəbulu keçirilmişdir.
05 sentyabr 2020 | 04:00
04 sentyabr tarixində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən vətəndaşların növbəti onlayn qəbulu həyata keçirilmişdir. Qəbul zamanı vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər RİH başçısı tərəfindən dinlənilmiş, bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Həmçinin qəbula gələn vətəndaşlara tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və sanitar-gigiyena qaydalarına əməl edilməsi tövsiyə olunmuşdur.