Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətinin mətbuat üçün məlumatı.

05 sentyabr 2020 | 05:00

04 sentyabr 2020-ci il  tarixdə bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələdə etiraz aksiyası keçirilməsi  barədə əsassız məlumatlar yayılmışdır. Qeyd edirik ki, hər həftənin cümə günləri Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının qəbul günüdür. Pandemiya (COVİD-19) dövrü ilə əlaqədar olaraq rayon icra hakimiyyətində qəbullar onlayn formada keçirlir və 04 sentyabr 2020-ci il tarixdə keçirilən vətəndaşların qəbulu zamanı bir qrup Zarağan kənd sakinləri yaşadıqları əraziyə təbii qaz çəkilməsi üçün müraciət etmişlər. Həmin vətəndaşlar RİH-nin başçısı  tərəfindən qəbul edilərək onlara müvafiq izahat verilmiş və məsələnin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

Bir daha kütləvi informasiya vasitələrini, sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırırıq.

Keçidlər