Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Qəbələ rayonuna səfər etmişdir.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Qəbələ rayonuna gəlmişdir. RİH-nin inzibati binasında qarşılanan səlahiyyətli səfirə rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abudllayev tərəfindən regionun iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Qeyd olunmuşdur ki, beynəlxalq və iri miqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın füsunkar və ecazkar təbiətə malik olduğunu bir daha təsdiq edir. Qəbələ rayonunun simasının nəzərə çarpacaq dərəcədə dəyişdiyini qeyd edən səfir burada fəaliyyət göstərən sənaye müəssisələri və turizm sektorunun faəliyyətini yüksək qiymətləndirmiş, rayonda sosial-iqtisadi inkişafın aparılması istiqamətində uğurlar arzulamışdır.