Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

05 sentyabr 2020 | 16:00

05 sentyabr 2020-ci il tarixində rayonda fəaliyyət göstərən mobil qruplar tərəfindən respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı rayonun ticarət, ictimai iaşə və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər davam etdirilmişdir. Nazirlər Kabinetinin Operativ Qərargahının tələb və tövsiyələrinə uyğun olaraq bütün obyektlərdə işçi heyətinə sosial məsafənin gözlənilməsi, sanitar-gigiyenik qaydalara əməl edilməsi və tibbi maskalardan istifadə etmənin vacibliyi barədə ətraflı məlumatlar verilmişdir.  Gün ərzində ümumilikdə 43 ticarət obyektinə və 52 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 1 nəfər  ictimai iaşə obyektinin, 1 nəfər bərbərxana və 1 nəfər yanacaqdoldurma məntəqəsinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mobil qruplar tərəfindən reydlər və əhali arasında maarifləndirmə işləri müntəzəm olaraq davam etdirilir.

Keçidlər