Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ məzunlarının 32 nəfəri qəbul imtahanlarından 600-dən yuxarı bal toplayıb.

08 sentyabr 2020 | 07:00

Əvvəlki tədris illərində olduğu kimi 2019-2020-ci tədris ili də Qəbələ rayonun təhsil kollektivləri üçün uğurlu olmuşdur.  Çox sevindirici haldır ki, bu  il məktəbi  bitirən 1135  nəfər məzundan  32  nəfəri qəbul imtahanlarından  600-dən yuxarı bal toplamışdır. Yüksək nəticə göstərən məktəblərdən Qəbələ şəhər 4 saylı tam orta məktəbin 7 nəfər, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin 5 nəfər, Nohurqışlaq kənd tam orta məktəbin 3 nəfər, Qəbələ şəhər 3 saylı tam orta məktəbin 3 nəfər məzunu 600-dən yuxarı bal toplayaraq digər məktəblərimizi geridə qoymuşlar.  Tələbə adını qazanmış bütün məzunları təbrik edir, onlara təhsildə və həyatda uğurlar arzulayırıq.

Keçidlər