Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilir.

08 sentyabr 2020 | 16:00

08 sentyabr 2020-ci il tarixində rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə reydlər davam etdirimişdir. Rayonda fəaliyyət göstərən mobil qruplar tərəfindən sakinlərlə marifləndirici söhbətlər aparılmış, onlara pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunmuşdur. Sosial məsafənin saxlanılmasının, tibbi maskadan istifadənin və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində 44 ticarət və 52 digər vətəndaşlar tərəfindən daha çox müraciət olunan obyektlərə baxış keçirilmişdir.  Karantin qaydalarını pozduğu üçün 1 nəfər ticarət obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat, məbləğində cərimə olunmuşdur. Rayon ərazisində pandemiyaya qarşı mübarizə tədbirləri mütəmadı olaraq davam etdirilir.

Keçidlər