Qəbələdə üzüm və meyvə bağlarında məhsul yığımı davam edir.
10 sentyabr 2020 | 02:00
Qəbələ rayonunda bu il üzüm və meyvə bağlarında məhsuldarlıq yüksək olmuşdur. Rayon ərazisində məhsul yığımına vaxtında başlayan fermerlər bu günədək 421 hektar üzüm bağlarından 400 ton, 1000 hektardan artıq olan alma və armud bağlarından 100 ton və fındıq bağlarından isə 1800 tonadək məhsul toplamışlar. Hazırda meyvə yığımı davam edir.