Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“General Polad Həşimovun xatirəsi”nə həsr edilmiş basketbol turniri keçirilib

10 sentyabr 2020 | 07:00

09 sentyabr 2020-ci il tarixdə  Qəbələ Olimpiya İdman Kompleksində gənclər arasında “General Polad Həşimovun xatirəsi"nə həsr edilmiş basketbol üzrə xatirə turniri keçirilmişdir. Turnirin keçirilməsində məqsəd 12-16 iyul tarixlərində Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş General Polad Həşimovun əziz xatirəsini uca tutmaq, şəhid olmuş əsgər və zabitlərimizin xatirəsini əbədiləşdirmək, ermənilərin ölkəmizə qarşı təcavüzünü ictimaiyyətin diqqətinə bir daha çatdırmaq, həmçinin yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etməkdən ibarərdir. Turnir iştirakçıları ilk öncə General Polad Həşimovun və Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, Azərbaycanın torpaqlarının müdafiəsi uğrunda şəhid olmuş General-mayor Polad Həşimovun keçdiyi döyüş yollarından danışmışdır. Xatirə turnirinin sonunda Mirzəbəyli kənd komandası I yerə, Qəbələ şəhər 5 saylı tam orta məktəbin komandası II yerə və Qəbələ Olimpiya İdman  Kompleksinin  komandası III yerə layiq görülmüşlər.

 

Keçidlər