Rayon ərazisində karantin rejiminə nəzarət işləri davam etdirilir.
10 sentyabr 2020-ci il tarixində rayon ərazisində fəaliyyət göstərən mobil qruplar tərəfindən xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə bir neçə ticarət və digər vətəndaşların daha çox müraciət etdiyi obyektlərdə reydlər davam etdirilmişdir. Aparılmış reydlər zamanı sosial məsafənin saxlanılmasının, tibbi maskadan istifadənin və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində ümumilikdə 36 ticarət və 52 digər obyektə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Vətəndaşların marifləndirməsi və karantin qaydalarına əməl olunmasına nəzarət məqsədilə reydlər davam etdirilir.