Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon icra hakimiyyətində növbəti onlayn qəbul keçirilmişdir.

12 sentyabr 2020 | 04:00

Koronavirus (COVİD 19) pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara uyğun olaraq, sentyabrın 11-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən vətəndaşların növbəti onlayn qəbulu həyata keçirilmişdir. Qəbul zamanı vətəndaş məmnunluğu gözlənilmiş, müraciətləri dinlənilərək onların bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Həmçinin qəbula gələn vətəndaşlara koronavirus (COVİD 19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə, sosial məsafənin saxlanılması, tibbi maskalardan istifadə və sanitar-gigiyena qaydalarına əməl edilməsi tövsiyə olunmuşdur.

Keçidlər