Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə əlaqədar Qəbələ rayon icra hakimiyyətində onlayn-müşavirə keçirilmişdir.

13 sentyabr 2020 | 02:00

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli 312 nömrəli qərarına əsasən 15 sentyabr tarixdən məktəbəqədər təhsil müəssisələrinin əyani şəkildə fəaliyyətə başlanması ilə bağlı Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə onlayn-müşavirə keçirilmişdir.  Müşavirədə məktəbəqədər təhsil müəssisələrinin hazırlıq vəziyyəti, koronavirus infeksiyası (COVİD-19) ilə əlaqədar görülən işlər, sanitar-dezinfeksiya işlərinin gedişatı, müəssisələrin qoruyucu maskalarla, istilik ölçən cihazlarla, xüsusi gigyenik vasitələrlə təchizatının vəziyyəti, ərzaq təminatı və qarşıda duran digər vəzifələr müzakirə olunmuşdur.

Keçidlər