Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam edir.

15 sentyabr 2020 | 10:00

14 sentyabr 2020-ci il tarixində Qəbələ rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qruplar tərəfindən rayonun ictimai iaşə, ticarət və digər obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparılıb. Reydlər zamanı vətəndaşlara koronavirusa yoluxma riskinin azaldılması üçün tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha izah olunub. Gün ərzində 31 ticarət obyektinə və 56 digər obyektə baxış keçirilib. 1 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq karantin qaydalarına ciddi riayət olunmasını təmin etmək məqsədilə rayon ərazisində reydlər davam etdirilir.

Keçidlər