Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Karantin rejimi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması vəziyyətini öyrənmək və maarifləndirmə aparmaq məqsədi ilə tədbirlər davam etdirilir.

17 sentyabr 2020 | 10:00

16 sentyabr 2020-ci il tarixində koronavirus pandemiyası ilə bağlı elan olunmuş karantin rejiminin tələblərinə riayət olunması ilə əlaqədar rayon ərazisində tədbirlər davam etdirilib. Rayon Operativ Qərargahı tərəfindən yaradılmış mobil qruplar xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək, eyni zamanda əhalinin maarifləndirilməsi üçün reydlər aparmışlar. Reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və Respublika Operativ Qərargahının pandemiya ilə əlaqədar müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi hər tərəfli izah edilib. Gün ərzində 37 ticarət obyektinə və 53 digər obyektə baxış keçirilib. Bununla yanaşı 3 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Rayon ərazisində reydlər və maarifləndirmə tədbirləri ardıcıl olaraq davam etdiriləcək.

Keçidlər