Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yüksək bal toplamış rayon gəncləri ilə videokonfrans formatında görüş keçirilib.

17 sentyabr 2020 | 08:00

16 sentyabr tarixdə Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Gənclər Birliyinin təşkilatçılığı ilə cari ilin qəbul imtahanlarında yüksək bal toplamış rayon gəncləri ilə videokonfrans formatında görüş keçirilib. Görüşdə çıxış edən YAP Qəbələ rayon Gənclər Birliyinin sədri Anar Şirinov gəncləri qazandıqları böyük uğur münasibətilə təbrik edib. Görüşdə həmçinin Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova, Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova və Qəbələ Rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək gənclərə ali təhsillərində uğurlar arzulayıblar. Çıxışlar zamanı qəbul imtahanında yüksək bal toplamış gənclər qeyd ediblər ki, bu uğurların qazanılmasının əsasında cənab Prezident İlham Əliyevin və I Vitse- Prezident çox hörmətli Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqət və qayğı dayanır.

Keçidlər