Rayon icra hakimiyyətində yüksək bal toplamış gənclərlə videokonfrans formatında görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı 2019-2020-ci tədris ilində Qəbələ rayonu üzrə ümumtəhsil məktəblərini uğurla başa vurmuş, ali məktəblərə qəbul imtahanlarında 650-dən yuxarı bal toplamış 11 nəfər məzunla videokonfrans formatında görüş keçirib. Görüşdə rayon rəhbəri uğur qazanmış gəncləri, təhsil ictimaiyyətini və valideynləri təbrik edib və onlara gələcəkdə daha yüksək nailiyyətlər arzulayıb. O bildirib ki, bu gün Prezidentimiz cənab İlham Əliyev və Birinci-vitse prezident çox hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir və sevindirici haldır ki, Qəbələ təhsili hər zaman ön sıralarda gedir. Sonda tələbə gənclər rayon icra hakimiyyətinin fəxri fərmanları ilə təltif edilib. Məzunlardan Nohurqışlaq kənd tam orta məktəbin məzunu qəbul imtahanlarında 688 bal toplamış İsmayıl Məsimov, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin məzunu, qəbul imtahanlarında 678,7 bal toplamış Zeynəb Ələsgərli və şəhər 2 saylı tam orta məktəbin məzunu qəbul imtahanlarında 670 bal toplamış Anar Məlikov onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək vətənə layiqli gənclər olacaqlarını qeyd etmişlər.