Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Mobil qruplar tərəfindən reydlər davam etdirilir.

19 sentyabr 2020 | 10:00

18 sentyabr 2020-ci il tarixində mobil qruplar tərəfindən xüsusi karantin rejimi ilə bağlı rayon ərazisində fəaliyyət göstərən  ticarət, ictimai iaşə və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətinin öyrənilməsi, sakinlərin maarifləndirməsi və karantin qaydalarının pozulmasına nəzarət  məqsədilə tədbirlər davam etdirilib.  Reydlər zamanı vətəndaşlar arasında maarifləndirici söhbətlər aparılmış, onlara pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr, o cümlədən tibbi maskadan istifadənin, sosial məsafə saxlanılmasının və Operativ Qərargah tərəfindən müəyyən edilən digər tələblərə əməl olunmasının vacibliyi bir daha izah olunmuşdur. Gün ərzində 38 ticarət, və 56 digər vətəndaşlar tərəfindən daha çox müraciət olunan obyektlərə baxış keçirilmişdir. Mobil qruplar tərəfindən əhali arasında maarifləndirmə işləri və gündəlik olaraq reydlər davam etdiriləcək.

Keçidlər