Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası keçirilib.

20 sentyabr 2020 | 06:00

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının əməkdaşlarının iştirakı ilə, 19 sentyabr tarixində Qəbələ Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası təşkil edilmişdir. Xüsusi karantin rejimində təşkil olunan aksiyanın əsas məqsədi qan və onun konponentlərinə ehtiyac olan xəstələrə (talassemiya, hemofiliya, leykoz və. s) qan tədarükü etməkdir. Qəbələ ictimaiyyəti, idarə, müəssisə və təşkilatlar qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Xüsusi karantin rejimində təşkil edilmiş aksiyada donorlar qanalma otagına daxil olmadan öncə tibbi müayinədən keçmişlər. Həmçinin müəssədə əlcək, maska ilə tam təmin olunmalarına, dezinfeksiyaedici vasitələrin istifadəsinə diqqət edilmiş, sosial məsafənin qorunma normativləri nəzarətdə saxlanılmışdır. Aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən, o cümlədən talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Keçidlər