Rayonda karantin qaydalarına nəzarət işləri davam etdirilir.
19 sentyabr 2020-ci il tarixində rayonda yaradılmış mobil qruplar tərəfindən reydlər davam etdirilib. Reydlər zamanı onlar ictimai-iaşə, ticarət və digər obyektlərdə çalışan şəxslərlə maarifləndirici söhbətlər aparmış, xəstəliyin yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi və gigiyenik qaydalara düzgün riayət olunması bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində 34 ticarət obyektinə və 53 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarını pozduğu üçün 1 nəfər ticarət və 2 nəfər iaşə obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq rayon ərazisində reydlər mütəmadi davam etdirilir.