Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xüsusi karantin rejimi tələblərinin yerinə yetirilməsi məqsədi ilə reydlər davam etdirilir

20 sentyabr 2020 | 16:00

20 sentyabr 2020-ci il tarixində mobil qruplar tərəfindən koronovirus (COVİD-19) infeksiyasının rayon ərazisində  yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində reydlər davam etdirilib. Xüsusi karantin rejimi ilə bağlı rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün baxış keçirilib. Aparılmış reydlər zamanı tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və digər karantin qaydalarına əməl etməyin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində ümumilikdə 31 ticarət obyektinə və 54 digər obyektə baxış keçirilib. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Bu istiqamətdə reydlər və maarifləndirmə tədbiləri davam etdiriləcək.

Keçidlər