Qəbələdə mobil qruplar tərəfindən reydlər davam etdirilir.
21 sentyabr 2020-ci il tarixində mobil qruplar tərəfindən xüsusi karantin rejimi ilə bağlı rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətinin öyrənilməsi, sakinlərin maarifləndirməsi və karantin qaydalarının pozulmasına nəzarət məqsədilə tədbirlər davam etdirilib. Aparılmış reydlər zamanı vətəndaşlar arasında maarifləndirici söhbətlər aparılmış, onlara pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr, o cümlədən sosial məsafə saxlanılmasının, tibbi maskadan istifadənin və Operativ Qərargah tərəfindən müəyyən edilən digər tələblərə əməl olunmasının vacibliyi bir daha izah olunmuşdur. Gün ərzində 36 ticarət, və 52 digər vətəndaşlar tərəfindən daha çox müraciət olunan obyektlərə baxış keçirilib. Mobil qruplar tərəfindən əhali arasında maarifləndirmə işləri və gündəlik olaraq reydlər davam etdirilir.