Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda bilik günü qeyd olunmuşdur.

17 sentyabr 2013 | 15:00

Bu gün məktəblərdə yeni dərs ilinin ilk günüdür. Azərbaycanda məktəblərdə dərslərin başladığı gün kimi qeyd edilən 15 sentyabr - “Bilik günü” Qəbələ rayonunda da qeyd olunmuşdur. Yeni dərs ilinin başlanması ilə əlaqədar rayonun  68 ümumtəhsil məktəbi, 53 tam  orta, 11 ümumi orta, 4 ibtidai  məktəbi bilik gününə tam hazırlıq vəziyyətinə gətirilmişdir. Qeyd etmək lazımdır ki, ötən dövr ərzində rayonda 5520 şagird yerlik yeni 25 məktəb tikilib istifadəyə verilmişdir ki, bunun da 2020 şagird yerlik 9 məktəbi Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş o cümədən Fondunun təşəbbüsü ilə 320 şagird yerlik Çuxur Qəbələ tam orta məktəb binası əsaslı təmir edilmişdir. Yeni dərs ilində məktəblərin  inventar və avadanlıqla  təmin olunması  həmişə olduğu  kimi  yenə də diqqət  mərkəzində  saxlanılmışdır. Yerli  büdcə  hesabına  ümumilikdə  294143  manat dəyərində  1029 ədəd  parta,  100 ədəd  yazı lövhəsi,  200 ədəd  kitab  şkafı,  1300 ədəd stul, 200 ədəd  müəllim masası 15 ədəd  direktor  kabineti dəsti,  50 ədəd  paltar şkafı və  müxtəlif adda  inventar  avadanlıq  alınaraq  bölgü  əsasında  məktəblərə  paylanılmışdır. 15 sentyabr - “Bilik günü”, yeni dərs ilinin başlanması münasibətilə Qəbələ RİH-nin sifarişi  ilə rayonun Kiçik Pirəli kəndində inşa olunmuş 180 şagird yerlik daha yeni bir məktəbin açılışı olmuşdur. 2012-ci ilin mart ayında tikintisinə başlanmış  məktəbin  daxilində  istilik  sistemi  quraşdırılmış,  müasir  informasiya  telekommunikasiya  texnologiyaları  ilə  təmin  olunmuşdur. “Bilik günü” münasibətilə tədbirdə iştirak edən Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı, Respublika Ağsaqqalr şurasının sədri Fəttah Heydərov  çıxış edərək yeni dərs ilinin başlanması münasibəti ilə öz təbriklərini çatdırmış,   dövlətin təhsil sahəsinə göstərdiyi qayğıdan ətraflı söz açmış, gənc nəslin təhsil alması, cəmiyyətdə savadlı, dünyagörüşlü vətəndaşlar kimi formalaşmasına dövlətimizin xüsusi diqqətlə yanaşdığının diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları, Qəbələ rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb proqramı" və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev “Bilik günü” münasibətilə pedaqoji kollektivi, valideyinləri təbrik etmiş, məktəb şagirdlərinə təhsildə uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, ölkə rəhbərinin təhsil ocaqlarına göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə Azərbaycanın təhsil sistemində bir çox uğurlar əldə olunub, Diqətə çatdırılıb ki,  regionlarda yeni tədris binalarının inşası və əsaslı təmiri, təhsil ocaqlarının tələb olunan maddi texniki baza ilə təmin olunması ölkə Prezidenti cənab İlham Əliyevin apardığı təhsil siyasətinin uğurunun göstəricisidir. Bildirilib ki, bütün bu təhsil sahəsində reallaşdırılan uğurlar və yeniliklər ölkədə savadlı kadrların formalaşması istiqamətində aparılan düzgün siyasətin bariz nümunəsidir. Tədbirdə çıxış edən müəllimlər, valideyinlər “Bilik günü” münasibətilə şagirdləri təbrik etmiş onlara təhsildə uğurlar arzulamışlar. Daha sonra uşaqlara məktəb ləvazimatları və çantalar təqdim olunmuşdur. Sonda tədbir iştirakçıları yeni məktəbin inzibati binası ilə tanış olmuşlar.

Keçidlər