Rayon ərazisində karantin rejiminin tələblərinə ciddi riayət olunması ilə bağlı reydlər davam etdirilir.
25 sentyabr 2020-ci il tarixində Qəbələdə koronavirus pandemiyası ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı həyata keçirilən reydlər davam etdirilib. Reyd zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmışdır. Sosial məsafənin qorunması və qapalı məkanlarda, xüsusən ticarət və ictimai iaşə obyektlərində nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı sosial məsafəsini saxlamaları, bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi dövrü üçün müəyyən etdiyi qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur. Gün ərzində 42 ticarət obyektinə və 55 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarını pozduğu üçün 1 nəfər ictimai iaşə obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşdur. Rayon ərazisində maarifləndirmə tədbirləri və reydlər ardıcıl olaraq davam etdiriləcək.