Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində xüsusi karantin rejimi ilə bağlı aparılan reydlər davam etdirilir.

27 sentyabr 2020 | 16:00

27 sentyabr 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının  alınması məqsədilə əhali arasında maarifləndirmə işləri, karantin qaydalarına riayət olunması üçün reydlər davam etdirilib. Mobil qruplar tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyəti öyrənilmiş və lazımi tədbirlər görmək üçün reydlər aparılmışdır. Həmçinin vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının, Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi izah edilib. Gün ərzində ümumilikdə 40 ticarət obyektinə və 49 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 1 nəfər yanacaqdoldurma məntəqəsinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşdur. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən zəruri tədbirlər davam etdiriləcək.

Keçidlər