Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

27 sentyabr tarixində Təhlükəsizlik Şurasının iclası keçirilib.

29 sentyabr 2020 | 01:00

27 sentyabr 2020-ci il tarixdə səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir. Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır. Məlum olduğu kimi Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Əldə edilən operativ məlumat onu deməyə əsas verir ki, Ermənistan ölkəmizə qarşı növbəti yeni müharibəyə başlamaq fikrindədir. Ölkə rəhbəri bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəsində, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərini bildirmiş və qeyd etmişdir ki, təcavüzkar dövlət dayandırılmalıdır.  27 sentyabrda Ali baş Komandan azərbaycan xalqına müraciət etmişdir. Müraciətdə bu təxribatın səbəbləri və son müddət ərzində Ermənistanın çirkin addımları haqqında geniş məlumat verilmişdi. Dövlətimizə  qarşı edilən hərbi hücum planlaşdırılmış hərbi təxribat idi. Çünki bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan ordumuzun mövqeləri, yaşayış məntəqələri, kəndlərimiz atəşə tutulmuşdu. Bu, bir daha Ermənistan faşizminin eybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və birinci dəfə deyil. Tovuz hadisələrində, ondan sonra digər hadisələrdə, Xocalı soyqırımı erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi  ölkəmizin yaşayış məntəqələridir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın. Amma, əksinə Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, onlar ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər. Güclü dövlət, güclü ordu. Ölkə başçısı tərəfindən ordu quruculuğuna ayrılan diqqət ölkəmizin hərbi gücünün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasətinin əsas prioritetlərdən olduğunu göstərir. Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda uğurlu əks-hücum əməliyyatı keçirir. Əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur.  Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə cənab Prezident İlham Əliyev bütün Azərbaycan xalqını təbrik etmişdir. Dağlıq Qarabağ mübarizəsi və savaşı ümumxalq mübarizədir. Hadisələrin gedişatı ilə bağlı xalqın daim məlumatlandırılmasına dair ölkə başçısı tərəfindən verilən tapşırıq hökumətin hər zaman olduğu kimi, bu gün də xalqa arxalandığını göstərir. Bununla bağlı Dövlət başçısı əhalinin müntəzəm olaraq hadisələrin gedişatı ilə bağlı məlumatlandırılması üçün Prezident Administrasiyasına, eyni zamanda, Müdafiə Nazirliyinə göstəriş vermişdir. Biz əminik ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı otuz ilə yaxın davam edən işğala ədalətsizliyə son qoyacaqdır. Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb.  Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Ölkə Prezidenti Ermənistana dəfələrlə xəbərdarlıq etmişdir ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Tovuz hadisələri, şanlı ordumuz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında layiqncə dərs verdi. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün  ordumuz  böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir. Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Odur ki,  bu məsələ elə həll edilməlidir ki, Azərbaycan xalqı bundan razı olsun, tarixi ədalət bərpa edilsin,  Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.  Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı da heç kimə verən deyilik. Biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın. 90-cı illərin əvvəllərində dünya erməniliyi Azərbaycanı işğalçı kimi, təcavüzkar kimi təqdim edirdi. Əfsuslar ki, o vaxt Azərbaycan rəhbərliyində olmuş şəxslər bu təbliğata qarşı öz sözünü deyə bilmədilər. Azərbaycan elə bir ağır vəziyyətdə idi ki, torpaqlarımız əldən gedirdi, amma dünyada elə bilirdilər ki, Azərbaycan təcavüzkardır. Qarabağ torpaqlarının itirilməsinin səbəbkarı Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır. Məhz onların dövründə torpaqlarımız işğal altına düşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz bu torpaqları itirmişik. Mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq. Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır. Bu gün - 2020-ci ildə, artıq bir neçə yaşayış məntəqəmiz işğalçılardan azad edildi, bir neçə strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır. Ordu quruculuğu   həmişə birinci yerdədir. İndi Azərbaycanın  güclü, iradəli ordusu vardır. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Şuşaya yaxınlaşdıran qələbələr. 7 yaşayış məntəqənin və 2 yüksəkliyin işğaldan azad olunması Azərbaycan xalqının böyük qələbəyə daha da yaxınlaşdırır. Biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımız işğalçılardan azad ediləcəkdir.

Keçidlər