Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Nohurqışlaq kəndinə təbii qaz verilmişdir

18 sentyabr 2013 | 15:00

Qəbələ rayonunun Nohurqışlaq kəndinə 25 illik fasilədən sonra təbii qaz verilmişdir. Bu münasibətlə kənddə keçirilən mərasimdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, rayon icra hakimiyyəti başçısının I müavini Abil Ağasəfov, “Azəriqaz” İstehsalat Birliyinin məsul işçisi Tahir Kazımov, birliyin 16 saylı təmir-tikinti trestinin rəisi Yusif Nəsirov çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkənin bütün bölgələrinin, o cümlədən Qəbələnin sürətlə inkişaf etdiyini, əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görüldüyünü vurğulamışdır.Natiqlər qeyd etmişlər ki, son illər rayonda qaz təsərrüfatının inkişaf etdirilməsi, əhaliyə keyfiyyətli xidmət göstərilməsi istiqamətində xeyli irəliləyişlər baş vermişdir. Bu gün isə 25 illik fasilədən sonra Nohurqışlaq kəndinə təbii qaz verilməsi bərpa olunmuş, ümumilikdə 480 mənzildə fərdi tənzimləyici və sayğac quraşdırılmışdır. Bu kəndin qazlaşdırılması üçün 54 kilometr uzunluğunda daşıyıcı və paylayıcı qaz xətti çəkilmişdir. Məlumat verilmişdir ki, hazırda rayonun Bum qəsəbəsinin qazlaşdırılması üçün görülən işlər uğurla davam etdirilir. Bu günədək Qəbələ şəhərində və 25 kənddə 10 min 400 mənzil qazlaşdırılmış, bununla da rayon əhalisinin 50 faizi təbii qazla təmin olunmuşdur. 2014-cü ilədək rayonun bütün kəndləri qazlaşdırılacaqdır. Mərasimdə kənd ağsaqqalları, ziyalılar çıxış edərək kəndə təbii qazın verilməsinin bayram əhval-ruhiyyəsi yaratdığını qeyd etmiş, bu sevinci onlara bəxş edən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Sonda tədbir iştirakçıları rəmzi məşəli alovlandırmış, evlərdə qazın təzyiqi ilə maraqlanmışlar.

Keçidlər