Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə karantin rejimi ilə bağlı reydlər aparılır.

01 oktyabr 2020 | 10:00

30 sentyabr 2020-ci il tarixində  rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tələblərinə əməl olunmasının yoxlanılması üçün reydlər davam etdirilib. Mobil qruplar ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmiş və lazımi tədbirlər görmək üçün reydlər aparmışlar. Reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha diqqətə çatdırılıb. Gün ərzində 34 ticarət obyektinə və 51 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib. 6 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Bu istiqamətdə müntəzəm olaraq maarifləndirmə tədbirləri davam etdirilir.

Keçidlər