Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Fransa Prezidenti Emmanuel Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir.

04 oktyabr 2020 | 02:00

Sentyabr ayının 27-si səhər saat 06:00-dan başlayaraq Ermənistan silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda hərbi mövqelərini atəşə tuturlar. Mənfur düşmənin atəşi nəticəsində Azərbaycanın 17 dinc sakini, o cümlədən 2 uşaq və  hərbi qulluqçular arasında da həlak olanlar olmuşdur. Belə bir dövrdə ölkəmizə dəstək olan dövlətlərlə yanaşı Fransa kimi qərəzli mövqe bildirənlər də oldu. 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt Sammitində Minsk Qrupunun mandatı müəyyən olundu. 1997-ci ildə Fransanın Minsk Qrupuna həmsədr kimi təklif olunması bizi sevindirdi. Makronun son bəyanatı əyani sübutdur ki, biz yanılmışıq. Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair Latviyanın paytaxtı Riqada verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir. Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir. Fransa elə münasibət göstərir ki, onlar sanki öz bəyanatları ilə sülh deyil, vəziyyətin daha da gərginləşməsini istəyir. Makron deyir ki, Qarabağın yenidən "ələ keçirilməsini" qəbul etməyəcəyik. Fransanın bu qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatı onu göstərir ki, bu ölkə Minsk Qrupu həmsədri funksiyasını yerinə yetirməkdə psixoloji çətinlik çəkir. Fransa bu missiyasını tərəfsiz olaraq yerinə yetirib-yetirməyəcəyi haqqında xüsusi açıqlama verməlidir. ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilməlidir. ATƏT-in həmsədri olan bir ölkənin prezidenti kimi Makron, heç olmasa, neytrallığı qoruyub saxlamalıdır. İşğalçı Ermənistanla ilə işğala məruz qalan Azərbaycana beynəlxalq hüquq norma və prinsiplərinə görə fərqli münasibət göstərilməli, Ermənistana beynəlxalq təzyiq edilməlidir. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” – deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Bu işğalçı Ermənistanı mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir. Bu bəyanatın bir anlamı var: Fransa Azərbaycan torpaqlarının zəbt olunmasının davamında Ermənistan və ermənilərə yardımçı olacaq. Bu bəyanatla Makron Fransanın 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoydu. Makronun səsləndirdiyi “Fransa Türkiyənin savaşkar bəyanatından olduqca narahatdır, bu bəyanat Azərbaycanın üzərindən məsuliyyəti götürür və Şimali Qarabağı (dediyi kimi) yenidən fəth etməyə imkan verir.” deməsi, Makronun nəinki ədalətli vasitəçi, həm də münaqişənin detalları və tarixi haqqında xəbərdar olmasına şübhə yaradır. Bu cür bəyanat verən dövlətlər başa düşməlidirlər ki, Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır və bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən Müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur. Qarabağ Azərbaycan torpağıdır, bu torpaqların işğaldan azad edilməsi Azərbaycanın haqqıdır və beynəlxalq hüquqa tamamilə uyğundur. Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın haqlı mübarizəsinə qərəzli mövqe nümayiş etdirən Qərb dövlətlərinin, institutlarının, həmçinin media qurumlarının fəaliyyətini, onların peşəkarlığını və obyektivliyini ciddi şəkildə şübhə altına almağa hər cür əsas var. Fransa, ABŞ, Rusiya və bir sıra beynəlxalq qurumlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar edirlər. Son iki ildə Azərbaycan Prezidenti İlham Əliyev Paşinyan hökumətinin danışıqlardan imtina etdiyini, Ermənistanın müharibəyə hazırlaşdığını dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı. İndi Azərbaycana etiraz edən və bəyanatlar verən beynəlxalq təşkilatlar 30 il idi ki, susurdular. Fransa soyqırımı törətmiş bir ölkədir. Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Fransanın törətdiyi soyqırımlar Əlcəzair və Vyetnamla məhdudlaşmır. Fransa bundan başqa Cibutidə, Çadda, Qabonda, Tunisdə soyqırımlar törətmiş, 100 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir. Makrona məsləhət görərik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərsin. Makrona Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə cavab veririk: “Bizim döyüşümüz haqq işidir. Qarabağ Azərbaycan torpağıdır. Torpaqlarımızın azad olması bizim haqq işimizdir. Biz öz torpaqlarımız uğrunda vuruşuruq çünki Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Keçidlər