Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

13 oktyabr 2020 | 16:00

13 oktyabr 2020-ci il tarixində rayonda fəaliyyət göstərən mobil qruplar tərəfindən respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı rayonun ticarət, ictimai iaşə və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparılıb. Nazirlər Kabinetinin Operativ Qərargahının tələb və tövsiyələrinə uyğun olaraq bütün obyektlərdə işçi heyətinə sosial məsafənin gözlənilməsi, sanitar-gigiyenik qaydalara əməl edilməsi və tibbi maskalardan istifadə etmənin vacibliyi barədə ətraflı məlumatlar verilmişdir. Gün ərzində ümumilikdə 46 ticarət obyektinə və 51 digər obyektlərə baxış keçirilib. 4 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarını pozduğu üçün 4 nəfər  ictimai iaşə, 6 nəfər ticarət obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. Mobil qruplar tərəfindən reydlər və əhali arasında maarifləndirmə işləri müntəzəm olaraq davam etdiriləcək.

Keçidlər