Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda karantin qaydalarına nəzarət işləri davam etdirilir.

15 oktyabr 2020 | 10:00

14 oktyabr 2020-ci il tarixində rayonda yaradılmış mobil qruplar tərəfindən reydlər davam etdirilib. Reydlər zamanı onlar ictimai-iaşə, ticarət və digər obyektlərdə çalışan şəxslərlə maarifləndirici söhbətlər aparmış, xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadənin, sosial məsafənin saxlanılması zəruriliyi və gigiyenik qaydalara düzgün riayət olunması  bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində 38 ticarət obyektinə və 54 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarını pozduğu üçün 1 nəfər Bakı şəhər sakini, 1 nəfər Qəbələ rayon Hacıalılı kənd sakini və 2 nəfər ticarət obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat, 1 nəfər ictimai iaşə obyektinin sahibi isə 200 manat  məbləğində cərimə olunmuşdur. Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına əsasən rayon ərazisində mütəmadi olaraq reydlər davam etdiriləcək.

Keçidlər