Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xüsusi karantin rejimi tələblərinin yerinə yetirilməsi məqsədi ilə reydlər davam etdirilir.

15 oktyabr 2020 | 16:00

15 oktyabr 2020-ci il tarixində mobil qruplar tərəfindən koronovirus (COVİD-19) infeksiyasının rayon ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində reydlər davam etdirilib. Xüsusi karantin rejimi ilə bağlı rayonun ticarət, ictimai iaşə və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün baxış keçirilib.  Aparılmış reydlər zamanı tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və digər karantin qaydalarına əməl etməyin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır.  Gün ərzində ümumilikdə 39  ticarət obyektinə və 51 digər obyektə baxış keçirilib.  Karantin qaydalarını pozduğu üçün 1 nəfər  Qəbələ şəhər  sakininə, 2 nəfər ictimai iaşə, 1 nəfər ticarət obyektinin  və 1 nəfər foto studiyanın işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat  məbləğində cərimə olunmuşdur.  Bu istiqamətdə reydlər və maarifləndirmə tədbiləri davam etdiriləcək.

Keçidlər