Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna verdiyi müsahibəsində milli maraqlarımızı müdafiə etməyin nümunəsini ortaya qoydu.

18 oktyabr 2020 | 02:00

Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna müsahibə vermiş və sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qaldığını bildirmişdir. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı. Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Azərbaycana daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bax bu cür qarşıdurma oldu. Ermənistanın işğal yolu ilə Azərbaycan torpaqlarında separatçı rejim, nəzarətsiz zona formalaşdırması həqiqətən də regionda, ümumən Avropada sülhə və təhlükəsizliyə ciddi təhdidlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev də daim vurğulayır ki, separatçılıq fəaliyyətinin “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək” arzusu kimi qələmə verməsi tamamilə absurd və beynelxalq hüquq norma və prinsiplərinə ziddir. Ermənistan Ordusu tərəfindən dinc əhaliyə  edilmiş hücumlar nəticəsində bu günə qədər 43 nəfər həlak olub və 200-dən çox yaralı var. Təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb. Döyüş meydanında itkilərə gəldikdə erməni tərəfin itkiləri Azərbaycanın itkilərindən xeyli çoxdur. Bu günə qədər Azərbaycan Ordusu tərəfndən 200-dən çox tank zərərsizləşdirilib. 33 tank qənimət kimi götürülüb, onlar da saz vəziyyətdədir. 35 hava hücumuna qarşı OSA sistemi zərərsizləşdirilib, çox bahalı, çox dəyərli olan 2 S-300 hava hücumundan müdafiə sistemi məhv edilib, həmçinin çox bahalı olan TOR hava hücumundan müdafiə sistemi zərərsizləşdirilib, hardasa 170 yük maşını ya zərrəsizləşdirildi, ya bizdədir. 16 komanda mərkəzi məhv edilib.  Döyüş əməliyyatlarının nəticələri Azərbaycan Ordusu üçün çox uğurludur. Azərbaycan ordusunun taktikaları başqa dövlətlərin hərbi taktikasından tamamilə fərqlidir. Əvvəllər quru qoşunları, insan resursları ilə birbaşa hücuma keçilirdisə, hazırda hava artilleriyasından həm kəşfiyyat, həm artilleriyaya informasiyalar ötürərək, dəqiq zərbələrlə düşmənin texnikasını məhv edəndən sonra digər hücum əməliyyatları aparılır. Ordu düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail oldu. Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. İşğalçılar Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarılıb və ölkənin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyat davam edir. Prezident İlham Əliyev müsahibəsində Dağlıq Qarabağın tarixindən bəhs edərkən bildirmişdir: –“Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb. XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Daha sonra 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır. 1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi”. Bu gün  Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün şanlı Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Minsk qrupu çərçivəsində əldə edilən prinsiplər uzun illər ərzində işlənib hazırlanıb. Azərbaycan Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində mövqelərin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdi. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi. Lakin Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ Respublikası”nı danışıqlara cəlb etməyə cəhd göstərdi. Bu cəhd Azərbaycan və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi. Azərbaycanın mövqeyi həmişə çox konstruktiv və ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin Azərbaycan ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Azərbaycanın mövqeyi həmişə praqmatik yanaşmaya əsaslanıb. Danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir. Prezident İlham Əliyev onu da qeyd edib ki, “Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır. Azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmalıdır” Rusiya və Azərbaycan dostluğundan danışan Prezident İlham Əliyev qeyd etmişdir: -“Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdır. Əminəm ki, heç bir qüvvə buna təsir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdlərini görürük. Lakin həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində biz nəinki geriləmirik, biz irəliyə gedirik. Bu gün Rusiya və Azərbaycan bir-birini strateji tərəfdaşlar adlandırır. Bizim ölkələrimiz arasında qarşılıqlı əlaqələrin səviyyəsi hər hansı qonşular üçün nümunə ola bilər. Əminəm ki, münaqişənin hərbi fazası başa çatandan və siyasi nizamlamaya keçəndən sonra, - əgər Ermənistan tərəfi itirdiklərini və ona mənsub olmayanı güclə qaytarmaq cəhdlərindən əl çəkərsə, biz bunu etməyə günü sabah hazırıq, - inanıram ki, Rusiya bizim regionda sabitləşmə işində aparıcı rol oynamaqda davam edəcək”. Son günlərdə ordumuzun uğurları, vətəndaşlarımızın işğal altında olan torpaqlarımızın qaytarılmasında ordumuza göstərdikləri dəstək  Azərbaycan xalqının əzmkar bir xalq olduğunun göstəricisidir. Bu bir Vətən müharibəsidir. Biz başda Ali Baş Komandan İlham Əliyev olmaqla hər bir vətəndaşımıza güvənirik. Dağlıq Qarabağ və işğal olunmuş regionlar mübahisəli torpaqlar deyil. Azərbaycanın əzəli və əbədi torpaqlarıdır. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Keçidlər