«Eko-Aləm» İctimai Birliyi tərəfindən Qəbələ rayonunda “Təmizlik Aksiyası” keçirilmişdir.
20 oktyabr 2020 | 06:00
Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən Respublikada 2020-ci ilin “Könüllülər ili” elan edilməsi gənclərə bəxş edilən ən böyük ruh yüksəkliyi olmuşdur. Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi və Eko Aləm İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər arasında “EkoKönüllülük” hərəkatının təbliği” layihəsi çərçivəsində Qəbələ rayonunda “Təmizlik Aksiyası” keçirilib. Aksiya zamanı ətraf mühitin mühafizə edilməsinə nəzarətin gücləndirilməsi, təbiətin çirklənməsinin qarşısının alınması məqsədi ilə gənclər arasında təbliğat-təşviğat işləri aparılmış və könüllülərin iştirakı ilə ətraf mühitin məişət tullantılarından təmizlənməsi üzrə aksiya keçirilmişdir.