“Əmək yarmarkası” keçirilmişdir.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa, Qəbələ rayon İcra Hakimiyyəti Başçısının 2013-cü il üçün təsdiq etdiyi “ Ərazi Məşğulluq Proqramı”na , Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin qrafikinə uyğun olaraq rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunu təmin etmək məqsədilə aktiv məşğulluq tədbiri olan əmək yarmarkası keçirilmişdir.Yarmarkanı giriş sözü ilə açan Məşğulluq Mərkəzinin direktoru Elxan Səlimov ölkə rəhbərliyinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının davamlı inkişafından və bu proseslərə Dövlət Məşğulluq Xidmətinin verdiyi töhfələrdən söz açmışdır. Diqqətə çatdırılmışdır ki, ölkənin davamlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən mühüm dövlət proqramları nəticəsində makroiqtisadi göstəricilər ilbəil artır, böyük infrastruktur layihələri icra olunur, Respublikanın bütün bölgələrində yeni yaradılan iş yerlərinin sayı durmadan artır. Bütün bunlar təbii ki, əhalinin məşğulluq imkanlarının artmasına xidmət edir.Tədbirdə rayon İcra hakimiyyətinin nümayəndəsi Fəxrəddin Bağırov, Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Kamil Həsənov və başqaları çıxış edərək əmək yarmarkasının keçirilməsinin bu günki əhəmiyyətindən , Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının işsiz əhalinin işlə təmin edilməsi, yoxsulluğun aradan qaldırılması sahəsində qarşıya qoyduğu vəzifələrdən danışmışlar. Sonra yarmarkanın işinə start verildi. İşçi qrupu ayrı-ayrı idarə və müəssisələrə işə düzəlmək istəyən vətəndaşlara göndəriş vərəqələrinin verilməsinə başladı.Yarmarkaya hazırlıq dövründə aparılan genişmiqyaslı təşkilati işlərin, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri nəticəsində bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin, işsiz və iaxtaran vətəndaşların fəal iştirakı təmin edildi. Belə ki, görülən işlərin nəticəsi olaraq rayon ərazisində fəaliyyət göstərən 44 müəssisə və təşkilat, 329 boş iş yeri verərək, yarmarkada iştirak etdi. Yarmarkada iştirak edən 472 nəfər işaxtaran vətəndaşlardan 98 nəfərinə münasib işlərə göndəriş verilmişdir ki, onlardan da 1 nəfəri kvota yerləridir. Tədbir günün ikinci yarısına qədər davam etdi