Rayon ərazisində mobil qruplar tərəfindən reydlər davam etdirilir.
19 oktyabr 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri, karantin qaydalarına riayət olunmasına nəzarət üçün tədbirlər davam etdirilmişdir. Mobil qruplar tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparılıb. Reydlər zamanı vətəndaşlara sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha izah edilmişdir. Gün ərzində ümumilikdə 51 ticarət və 54 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 1 nəfər ictimai iaşə obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 200 manat məbləğində cərimə olunmuşdur. 1 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Koronavirus pandemiyası ilə mübarizə məqsədilə zəruri tədbirlər davam etdirilir.