Karantin rejimi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması vəziyyətini öyrənmək və maarifləndirmə aparmaq məqsədi ilə tədbirlər davam etdirilir.
20 oktyabr 2020-ci il tarixində koronavirus pandemiyası ilə bağlı elan olunmuş karantin rejiminin tələblərinə riayət olunması ilə əlaqədar rayon ərazisində tədbirlər davam etdirilib. Rayon Operativ Qərargahı tərəfindən yaradılmış mobil qruplar xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək, eyni zamanda əhalinin maarifləndirilməsi üçün reydlər aparmışlar. Reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və Respublika Operativ Qərargahının pandemiya ilə əlaqədar müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi hər tərəfli izah edilib. Gün ərzində 53 ticarət obyektinə və 57 digər obyektə baxış keçirilib. Karantin qaydalarını pozduğu üçün 1 nəfər rayon sakininə, 2 nəfər ticarət obyektinin və 1 nəfər internet klubun işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. Bununla yanaşı 3 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Rayon ərazisində reydlər və maarifləndirmə tədbirləri ardıcıl olaraq davam etdiriləcək.