Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibəsində demişdir: Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır.

22 oktyabr 2020 | 08:00

Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan əks-hücum əməliyyatları öz nəticəsini verməkdədir. Ərazilərimizin işğaldan azad edilməsi xəbərləri bizi olduqca sevindirir, hər bir Azərbaycan vətəndaşının qəlbini qürur hissi ilə doldurur. Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşısına qoyulmuş bütün məqsəd və vəzifələrin öhdəsindən layiqincə gələrək sürətlə irəliləyir. 19 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın TASS İnformasiya Agentliyinə verdiyi müsahibəsində işğal olunmuş ərazilərdə Azərbaycan və Ermənistan arasında gedən gərgin döyüşlər barədə ətraflı məlumat verərək qeyd etmişdir: “Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəllər, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışır. 27 sentyabrdan bu günə qədər Ermənistanın itkilərinin sayı-hesabı yoxdur. Rəsmi mənbələrə əsaslansaq, bu dövrdə düşmənin külli miqdarda maddi itkisinin  olması aydındır. Lakin əminik ki, real itkilər rəsmi elan edilən rəqəmlərdən dəfələrlə artıqdır. Çünki bu, ilk hal deyil və Ermənistan hakimiyyəti xalqını mütəmadi olaraq aldadır. Hətta döyüş şəraitində öldürülən hərbi qulluqçuları dəfələrlə ictimaiyyətə qeyri-döyüş şəraitində olan itki kimi təqdim etmək Paşinyan hakimiyyətinin ənənəvi gerçəkliyidir. Demək olar ki, Ermənistan rəsmi olaraq 1 il bundan əvvəl iqtisadi cəhətdən tənəzzül yaşamış, COVID-19 xəstəliyinin yayılması zamanı isə idarəetməni tamamilə itirmələrini rəsmi olaraq elan etmişdi. Bu gün isə Ermənistan cəbhədə uduzmaqla yanaşı, diplomatiya masasında da uduzur. İki dəfə humanitar atəşkəsin elan edilməsinə baxmayaraq, Ermənistan atəşkəsin şərtlərini kobud şəkildə pozduğu üçün layiqli cavabını alır”. Baş verənlərin fonunda Ermənistan hər gün sarsıdıcı zərbələrin hədəfində olur, geri çəkilməyə başlayır, maddi-texniki bazası durmadan zəifləyir və şəxsi heyəti tamamilə zərərsizləşdirilir. Döyüşlərin başladığı vaxtdan indiyədək itirilən və məhv edilən texnikaların sayı hər gün artır. Ermənistan silahlı qüvvələri əvvəlcə tağımlar və bölüklər şəklində döyüş meydanından geri çəkilirdilərsə, bu gün artıq bütöv hərbi hissələri avadanlıqları ilə birlikdə Azərbaycan Ordusuna təslim edirlər. Azərbaycan Ordusu düşmənin dərin müdafiə xəttini yarmağa nail olub. Xüsusilə, döyüş əməliyyatlarının davam etdiyi bir vaxtda biz müharibəni bu sahədə qəbul edilmiş beynəlxalq humanitar hüququn prinsiplərinə sadiq qalaraq davam edirik. Həmçinin hədəfimiz minimum itki və maksimum nəticə prinsipidir. Müharibədə rəşadətli ordumuzun gücünü görməklə bərabər, Azərbaycan dövləti tərəfindən uzun illər hərbi sahəyə ayrılmış diqqətin bariz nəticəsini görürük. Bugünkü təhlillər göstərir ki, pilotsuz uçuş aparatları, dronlar və digər silahlarımız Ermənistanı çox ciddi itkilərə məruz qoyur və bu itkilər zamanı bizim tərəfimizdən heç bir tələfata yol verilmir. Müdafiə Nazirliyinin paylaşdığı rəsmi xəbər və videoçarxlardan aydın şəkildə görə bilirik ki, bu gün düşmən döyüş meydanında çox böyük itkilər verir, artıq Ermənistan uduzmuş dövlətdir. Təbii ki, onlar nə qədər çox dirəniş göstərsələr bir o qədər çox itki verməyə məcbur olacaqlar. Azərbaycan humanitar hüququn prinsiplərinə sadiq qaldı, dəfələrlə onlara təklif edildi ki, ərazilərimizi işğaldan azad etməkdən başqa çıxış yolları yoxdur. Hələ bir neçə il bundan əvvəl Prezident, Ali Baş Komandan İlham Əliyev bildirib ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağına gəlməsin. Lakin təcavüzkar Ermənistan hakimiyyəti nə bizim torpaqlarımızdan, nə də mənfur xislətlərindən geri çəkilmədi. İndi artıq gecdir və qəbul etdikləri səhv qərarlarının nəticələrinə dözmək vaxtıdır. Ermənistanın yaşı 60-a qədər olan insanları, mülki şəxsləri zorla orduya səfərbər etməsi həqiqətən də çıxılmaz vəziyyətdə olmalarının əyani sübutudur. Azərbaycanda isə bu gün hər kəs könüllü olaraq, böyük ruhla, döyüşə getməyə hazırdır və Ali Baş Komandanın bu sahədə verəcəyi əmri gözləyir. Düşməndən fərqli olaraq, Azərbaycanın heç bir halda döyüşmək üçün kənardan hərbçi dəvət etməsinə zərurət yoxdur. Biz bu torpaqların sahibiyik. İstər əhalinin sayı baxımından, istərsə də digər parametrlərdə Ermənistandan ən azı 5 dəfə daha böyüyük. Ermənilər kimi bu ərazilərə kiminsə diktəsi ilə köçməmişik. Tarixə qısa bir nəzər salaq. Ermənilərin bu əraziyə köçürülməsi 1828-ci ildə Rusiya ilə İran arasında bağlanan Türkmənçay müqaviləsindən sonra baş tutub. Müqaviləyə əsasən müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb. Onlar heç 200 il deyil ki, bu müqəddəs torpaqlara ayaq basıblar. Qədim oğuz yurdu, odlar diyarı Azərbaycanın yaşı isə minilliklərlə ölçülür. Ölkə başçısı cənab İlham Əliyev Rusiyanın TASS Informasiya Agentliyinə müsahibəsi zamanı bildirmişdir ki, Qarabağın Azərbaycanın tarixi, əbədi və əzəli torpağı və ayrılmaz tərkib hissəsi olduğunu heç bir ölkə və beynəlxalq təşkilat istisna etmir. Əksinə, bir çox dövlətlər haqq işimizdə bizi yaxından dəstəkləyirlər. Azərbaycanı dəstəkləyən ölkələrin sırasında əlbəttə ki, ilk sırada qardaş Türkiyə yer alır. Həmçinin Pakistan, Ukrayna və digər dost dövlətlər də Azərbaycanla bağlı ədalətli mövqe sərgiləmişlər. Şimal qonşumuz olan Rusiya ilə də bizim çoxəsrlik dostluq, əməkdaşlıq münasibətlərimiz var. Başda Ermənistan olmaqla, digər dövlətlərdən zaman-zaman Rusiya ilə Azərbaycan arasına nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdləri olsa da, bu, baş tutmayıb. Belə məsələlər heç vaxt bizim strateji tərəfdaşlığımıza kölgə sala bilməz. Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və bunun həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəbləri var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də Azərbaycan hər cür əlaqəyə hazırdır. Bu gün haqq Azərbaycanın tərəfindədir, dünyanın haqq işini, ədaləti dəstəkləyən ölkələri bizim tərəfimizdədir. Bu gün Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı tarixini yazır. Var olsun şərəfli tarix yazan Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı, yaşasın Qarabağ! Qarabağ Azərbaycandır !

Keçidlər