Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Mobil qruplar tərəfindən karantin rejiminin tələblərinə riayət olunması vəziyyətinə nəzarət etmək və sakinlər arasında maarifləndirmə tədbirləri aparmaq məqsədilə reydlər davam etdirilir.

22 oktyabr 2020 | 10:00

21 oktyabr 2020-ci il tarixində  karantin rejiminin tələblərinə riayət edilməsi ilə bağlı rayonun bir sıra obyektlərində reydlər davam etdirilmişdir. Rayonda fəaliyyət göstərən mobil qruplar ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayonun ticarət, ictimai iaşə və digər obyektlərində reydlər aparmışdır. Reydlər zamanı tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində 56 ticarət obyektinə və 58 digər vətəndaşların daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib. Karantin qaydalarını pozduğu üçün 2 nəfər  rayon  sakininə, 2 nəfər ticarət obyekti  və 1 nəfər aptek işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat  məbləğində cərimə olunmuşdur. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Mobil qruplar tərəfindən reydlər və maarifləndirmə tədbirləri ardıcıl olaraq davam etdirilir.

Keçidlər