Mobil qruplar tərəfindən reydlər davam etdirilir.
22 oktyabr 2020-ci il tarixində mobil qruplar tərəfindən rayon ərazisində fəaliyyət göstərən ticarət, ictimai iaşə və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətinin öyrənilməsi, sakinlərin maarifləndirməsi və karantin qaydalarının riayət olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilib. Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalara əməl olunmasının vacibliyi bir daha izah olunmuşdur. Gün ərzində 59 ticarət obyektinə və 60 digər obyektə baxış keçirilib. Karantin qaydalarını pozduğu üçün 3 nəfər rayon sakininə, 2 nəfər ticarət, 1 iaşə obyektinin və 1 avtotəmir sexinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. Həmçinin 1 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Mobil qruplar tərəfindən əhali arasında gündəlik olaraq reydlər davam etdiriləcək.